Kəşfiyyat güllələnən sabiq deputatın görüntüsünü yaydı: "Bu, bütün xainlərə xəbərdarlıqdır" - FOTOLAR

img

12-12-2023 [14:55]


Ukrayna kəşfiyyatı ötən həftə sığındığı Rusiyanın paytaxtı Moskvada sui-qəsd nəticəsində öldürülən Ukraynanın keçmiş deputatı İlya Kyvanın son görüntülərini yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kyvanın hadisə yerindən çəkilən görüntülərində onun meyitinin ağzıüstə qarda qaldığı, sui-qəsddə istifadə edilən silahların isə əzələ nümayişi kimi ağacda asıldığı görülür. 

Ukrayna kəşfiyyatındakı mənbə yerli mətbuata belə açıqlama verib: "Bu, düşmənin tərəfinə keçən bütün xainlərə xəbərdarlıqdır. Unutmayın, Rusiya sizi xilas edə bilməz. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun bir qədər əvvəl dediyi kimi, Ukraynanın düşmənlərini  gözləyən yeganə ehtimal ölümdür".

Xatırladaq ki, 46 yaşlı Kyva ötən həftə Moskva yaxınlığında gəzintidə olarkən güllələnib. Rusiya mətbuatı sui-qəsdi Ukrayna kəşfiyyatının həyata keçirdiyini yazıb.

Firudin Səfərli

MİA.AZ 

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA