Şimali Koreya daha iki ölkədə səfirliyini bağlayıb - Pula görə

img

05-12-2023 [15:13]


Şimali Koreya daha iki ölkədə səfirliklərini qapadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

Məlumata görə, ciddi maliyyə problemləri içndə olan ölkə Seneqal və Qvineyadakı səfirliklərini bağladığını elan edib.

Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, Şimali Koreya 1972-ci ildə Seneqal, 1969-cu ildə Qvineya ilə diplomatik əlaqələr qurub: "Bu gün isə bu ölkələrdəki diplomatik nümayəndəliklərini bağladığımızı elan edirik".

Məlumata görə, Şimali Koreya son bir ayda 7 ölkədə  Anqola, Uqanda, Banqladeş, Nepal, İspaniya,  Seneqal və Qvineya) səfirliklərini qpaadıb. Bununla da ölkənin xaricdəki səfirliklərinin sayı 53-dən 46-ya enib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA