Ərdoğan "Putinə güvənmək olarmı?" sualına belə cavab verdi: "Qərbə nə qədər etibar edirəmsə..."

img

19-09-2023 [11:49]


Prezident Ərdoğan Nyu Yorkda Amerikanın PBS kanalının müsahibəsində Rusiya və onun lideri barədə sualları da cavablandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Prezident Ərdoğan jurnalistin "Putinə güvənmək olarmı?" sualına belə cavab verib: "Putinə güvənməməyim üçün heç bir səbəb yoxdur. Açıq desək, Rusiya ən az Qərb qədər etibarlıdır. Bizi 50 ildir qapısında gözlətdirən Avropa İttifqaıdır. Hazırda Rusiyaya nə qədər güvənirəmsə, Qərbə də o qədər güvənirəm".

Rusiya prezidenti Vladimir Putinin niyə Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmadığı barədə sualı isə Ərdoğan belə cavablandırıb: “Biz Putindən xahiş etdik, o dərhal 1 milyon ton göndərəcəklərini dedi. O, şərtlərinin yerinə yetiriləcəyi təqdirdə, taxıl ixracına dərhal başlayacağını söyləyir".

Putinin Ukrayna müharibəsində taxıl sazişindən üstünlük kimi istifadə etməsi barədə şərhlə də Türkiyə lideri razılaşmayıb: "Razı deyiləm".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib