DİN əhaliyə müraciət etdi

img

11-06-2014 [13:38]


Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Müraciətdə qeyd olunur ki, insan hüquq və azadlıqlarının qorunması, korrupsiyaya qarşı mübarizə sahəsində respublikanın daxili işlər orqanları tərəfindən müvafiq dövlət proqramları əsasında həyata keçirilən sistemli tədbirlər hər bir şəxsin konstitusion hüquqlarının və qanuni mənafelərinin müdafiəsi işinin səmərəsini daha da artırıb.
Müraciətlərin eyni zamanda elektron qaydada qəbulu, effektiv araşdırılması mexanizminin müəyyən edilməsi, birbaşa və səyyar qəbulların təşkili vətəndaş məmnunluğunun təmin edilməsində müsbət nəticələri şərtləndirib:

"Təkcə 2013-cü ildə Nazirliyin "102” Xidməti - Zəng Mərkəzi sisteminə 216 minə yaxın, o cümlədən 13 mindən çox cinayət xarakterli məlumat daxil olmuş, bu əsasda 300-dək ağır və xüsusilə ağır cinayət "isti izlərlə” açılmış, minlərlə şəxsə hüquqi yardım göstərilmiş, zəruri izahlar verilib. Həmçinin, polis əməkdaşları tərəfindən qanunçuluğun pozulması, vəzifə səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi barədə bütün şikayətlər operativ və obyektiv araşdırılmış, adekvat intizam tədbirləri görülüb”.

Nazirlik vəətndaşların diqqətinə çatdırır ki, müvafiq sahədə fəaliyyətin davamı olaraq Baş Dövlət Yol Polisi İdarəsində də şikayətlərin qəbulunu həyata keçirən "Qaynar xətt” xidməti yaradılıb:

"Bununla əlaqədar həmin qurumun əməkdaşlarının qanunsuz hərəkətləri barədə "102” xidməti ilə yanaşı "902” telefon nömrəsinə də məlumat verə bilərsiniz. Hər bir müraciət üzrə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, qarşılaşdığınız və ya şahidi olduğunuz neqativ halların hərtərəfli və obyektiv araşdırılması təmin ediləcəkdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA