Rusiya MN: "Ukrayna PUA-sının Moskvaya hücumunun qarşısı alınıb"

img

29-11-2023 [10:09]


"Ukraynanın PUA-larının səhərə yaxın Moskvaya hücumunun qarşısı alınıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 07.30-da paytaxta hücum olub: "Kiyev rejiminin pilotsuz uçuş aparatlarından istifadə edərək terror aktı törətmək cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə sistemlərimiz Ukraynaya məxsus PUA-nı Moskva vilayətinin Podolsk şəhəri yaxınlığında məhv edib".

Moskva meri Sergey Sobyan də hadisə ilə bağlı  sosial media hesabında paylaşım edib: "Moskvaya doğru uçan PUA məhv edilib. İlkin məlumatlara görə, hər hansı dağıntı və ya itki yoxdur. Dağıntıların düşdüyü yerdə araşdırma aparılır"

Firudin SƏFƏRLİ

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR