Dövlət Xidmətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxıldı - Məhkəmə prosesi
27-11-2023 [20:00]
Torpaqların özəlləşdirilməsi zamanı qanunsuz əməllərə yol vermiş Əmlak Məsələləri Dövlət Xidmətinin və bələdiyyələrin 19 vəzifəli şəxsinin məhkəməsi davam edir.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda həbsdə olan təqsirləndirilən şəxlərin vəkilləri müvəkillərinin ev dustaqlığına buraxılmaları ilə bağlı vəsatətlər qaladırıblar.
Vəkillər vəsatətlərini onunla əsaslandırıblar ki, təqsirləndirilən 6 nəfərin həbsdə mühakimə edilmələrini zəruri edən hallar mövcud deyil.
Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər heyəti vəsatətləri 4 təqsirləndirilən şəxsə münasibətdə təmin edib.
Qərara əsasən, Əmlak Məsələləri Xidməti Lənkəran ərazi şöbəsinin sabiq müdiri Pərviz Ələkbərov, Xaçmaz ərazi şöbəsinin sabiq müdiri Aydın Cəfərov, Qazax şöbəsinin sabiq müdiri Ehtiram Eyvazov və Şəki rayon Qoxmuq bələdiyyəsinin sabiq sədri Etibar Eyvazov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri İldırım Məmmədov və Xidmətin Şirvan şöbəsinin müdiri Nazim Səfərov isə həbsdə mühakimə ediləcəklər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.
İttihamda deyilir ki, 2020-2022-ci illər ərzində Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədov və digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbir olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə görə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən olunub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 312.1 (rüşvət vermə) maddələri ilə ittiham elan olunub. İstintaq dövründə 19 nəfərdən 6-sı barədə həbs, digərləri barəsində həbsə alternativ qətimkan tədbirləri seçilib(Qafqazinfo).
Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib
Qazaxda avtomobil aşıb, ölən var
Altay Göyüşovun məhkəməsi başlayıb
Hərbçi qəzada ölüb
Daha bir məşhur serial ekranla vidalaşdı - Reytinqə görə
Xanım müğənni sinə kiçiltmə əməliyyatına girdi, indisə bədəni çürüyür - Həkimlə bağlı araşdırma aparılır
Misir Mərdanovdan vəzifədən uzaqlaşdırılmasına reaksiya: "Zəng edib dedilər ki, imza at.."
Türkiyə futbolunda qumar - Daha 26 nəfər məhkəməyə göndərildi
Qusarda 71 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
Şuşada köməksiz vəziyyətdə qalanlar xilas edilib
"Yuventus" türk futbolçunun maaşını qaldırıb - 6 milyon avroya
Bayram günləri banklar işləyəcək
AFCON 2025: Hans komandalar qalib gəlib?
Şimali Koreya bölgədə gərginlik yaradıb - Yeni uzaqmənzilli raketlər sınaqdan keçirilib
Goranboyda təcili yardım avtomobili qadını vuraraq öldürüb
ABŞ-da iki vertolyot havada toqquşub - Ölən və yaralanan var
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
ZELENSKİ İLƏ TRAMPIN GÖRÜŞÜNDƏN NİKBİN MESAJLAR: "Razılaşma və zəmanət var" - "Putin bu tələbdən vaz keçməlidir"
Sumqayıtda təhlükəli tikinti: bina uça bilər - VİDEO
Türkiyədə İŞİD üzvləri əməliyyatçılarla atışmaya girdi - 7 polis yaralanıb, ərazi "blokada"ya alınıb
"Azərpoçt" sakinləri məktub dalıyca haraya göndərir? - “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”
Suriyada ara qarışdı: din xadimi çağırış etdi, Əsəd tərəfdarları ayağa qalxdı - Ölən və yaralananlar var
Türkiyə Ermənistanla sərhədi 32 il sonra açır - 3 GÜNƏ...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı - Misir Mərdanovla Əli Abbasov yola salındı
Milli Məclisdə kadr və struktur dəyişikliyi olub - Spiker köməkçisinə yeni vəzifə verdi
Nazirlik əhaliyə müraciət edib
Xalq artisti məhkəməyə verildi - Keçmiş xanımı tərəfindən
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaret aşkarlanıb
Heç kim qanundan üstün deyil! - Bəylər Eyyubovun qohumları da
Səməd Seyidovun adından saxta xəbər yayıldı - Xəbərdarlıq
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)