Netanyahu: "Əgər HƏMAS hər gün 10 israilli əsiri azad eləsə..."

img

27-11-2023 [10:49]


İsrail Baş Qərargah rəisi Herzi Halevi 4 günlük atəşkəs bitən kimi Qəzzada yeni əməliyyata başlayacaqlarını elan etməsinə baxmayaraq, Baş nazir Benyamin Netanyahu əks açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzzada hərbçilərlə görüşən Netanyahu atəşkəsin uzadılmasına "yaşıl işıq" yandırıb.

O bildirib ki, ABŞ prezidenti Co Baydenlə atəşkəs məsələsini müzakirə edib: "Mən Baydenə dedim ki, 4 günlük atəşkəs başa çatdıqdan sonra İsrail bütün gücü ilə Qəzza əməliyyatını davam etdirəcək. Ancaq əgər HƏMAS tərəfindən hər gün 10 israilli məhbus üçün azad olunsa, atəşkəsi bir gün daha uzada bilərik".

Xatırladaq ki, HƏMAS da dünən bəyanat yayaraq, atəşkəsin uzadılmasına çalışdıqlarını bəyan edib.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA