İsrailin daha bir yük gəmisi qaçırıldı, gəmidə türklər də var - ABŞ təsdiqlədi (Açıqlamalar)

img

27-11-2023 [00:21]


Yəmən sahillərində israilli iş adamına məxsus göyərtəsində 22 ekipaj üzvü olan yük gəmisi qaçırılıb. 

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, gəmini işlədən şirkətdən verilən açıqlamaya görə,. 22 nəfərdən ikisi türkdür: "Kapitan və 4-cü kapitan Türkiyə vətəndaşlarıdır...".

Türkiyə XİN-dən bildirilib ki, məsələ araşdırılır. 

Türkiyə Gəmiçilik İdarəsi də hadisə barədə açıqlama yayıb.

Məlumata görə, "Zodiac Maritime" şirkətinə məxsus göyərtəsində 22 ekipaj üzvü olan "Central Park" adlı yük gəmisi Qırmızı dənizdəki Ədən körfəzində Yəməndəki husi qruplaşması tərəfidən qaçırılıb.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi gəminin saxlanıldığını təsdiqləyib: "Gəmidə təxminən 20 min ton neft daşınırdı...".

Hələlik Husilər qaçırmaya görə məsuliyyəti üzərinə götürməyib: "Ümumiyyətlə, heç bir qruplaşma bu barəəd açıqlama verməyib".

Onu da qeyd edək ki, öytən həftə hüsilər Qırmızı dənizdə İsrailə bağlı daha bir yük gəmisini qaçırıb.

Tahir

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA