İsrail 39 fələstinli məhbusu azad edib - Onlar İordan çayının qərb sahilində sərbəst buraxılıb

img

24-11-2023 [15:52]


İsrail HƏMAS-la anlaşma əsasında az əvvəl 39 fələstinli məhbusu azad edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu həbsxanadan çıxarılan qadın və uşaqlardan ibarət məhbusları əvvəlcə İordan çayının qərb sahilinə göndərib: "İsraildəki Damon və Megiddo həbsxanalarından İordan çayının qərb sahilindəki Ofer həbsxanasına köçürülən 39 fələstinli orada sərbəst buraxılıb".

Xatırladaq ki, İsrail və HƏMAS arasında 4 günlük atəşkəs razılaşması 24 noyabr saat 09:00-da (Bakı vaxtilə) qüvvəyə minib. Razılaşmaya əsasən, HƏMAS-ın saxladığı 50 israilli məhbusun əvəzində İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək. 

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR