İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
24-11-2023 [10:54]
Prezident İlham Əliyev noyabrın 24-də Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvini qəbul edib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı Körfəz Əməkdaşlıq Şurasının SPECA-nın Zirvə görüşündə iştirakını yüksək qiymətləndirdi, Azərbaycanın təşkilata üzv dövlətlərlə çox yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu vurğuladı. Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları ilə şəxsi dostluq əlaqələrinin olduğunu, bu ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirdi, investisiyalar, bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu qeyd etdi. Azərbaycan Prezidenti respublikamızda və Mərkəzi Asiya ölkələrində siyasi sabitliyin tam təmin olunduğunu, ölkələrimizin siyasi, iqtisadi, demoqrafik amillər baxımından sürətlə inkişaf etdiyini vurğuladı.
Dövlətimizin başçısı ölkəmizin Mərkəzi Asiya regionu ilə inteqrasiyası prosesinin dinamik getdiyini, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi, iqtisadi və siyasi məkan, Xəzər dənizinin bizi birləşdirən dəyər olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev gələcəkdə Azərbaycan, Mərkəzi Asiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu bildirdi. Dövlətimizin başçısı, həmçinin Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın SPECA ilə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində bir araya gəldiklərini, Türk Dövlətləri Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası arasında da təsisatlanmış əməkdaşlığın qurulmasının vacibliyini qeyd etdi.
Baş katib SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Qonaq Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verdiyini qeyd etdi, münasibətlərin müxtəlif sahələrdə inkişafını vurğuladı, siyasi, iqtisadi, investisiyaların artırılması və digər istiqamətlərdə böyük perspektivlərin olduğunu dedi.
Görüşdə hazırda dünyada islamofobiya meyillərinin artması və ona qarşı mübarizənin aparılması məsələləri də müzakirə edildi.
Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib
Qazaxda avtomobil aşıb, ölən var
Altay Göyüşovun məhkəməsi başlayıb
Hərbçi qəzada ölüb
Daha bir məşhur serial ekranla vidalaşdı - Reytinqə görə
Xanım müğənni sinə kiçiltmə əməliyyatına girdi, indisə bədəni çürüyür - Həkimlə bağlı araşdırma aparılır
Misir Mərdanovdan vəzifədən uzaqlaşdırılmasına reaksiya: "Zəng edib dedilər ki, imza at.."
Türkiyə futbolunda qumar - Daha 26 nəfər məhkəməyə göndərildi
Qusarda 71 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
Şuşada köməksiz vəziyyətdə qalanlar xilas edilib
"Yuventus" türk futbolçunun maaşını qaldırıb - 6 milyon avroya
Bayram günləri banklar işləyəcək
AFCON 2025: Hans komandalar qalib gəlib?
Şimali Koreya bölgədə gərginlik yaradıb - Yeni uzaqmənzilli raketlər sınaqdan keçirilib
Goranboyda təcili yardım avtomobili qadını vuraraq öldürüb
ABŞ-da iki vertolyot havada toqquşub - Ölən və yaralanan var
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
ZELENSKİ İLƏ TRAMPIN GÖRÜŞÜNDƏN NİKBİN MESAJLAR: "Razılaşma və zəmanət var" - "Putin bu tələbdən vaz keçməlidir"
Sumqayıtda təhlükəli tikinti: bina uça bilər - VİDEO
Türkiyədə İŞİD üzvləri əməliyyatçılarla atışmaya girdi - 7 polis yaralanıb, ərazi "blokada"ya alınıb
"Azərpoçt" sakinləri məktub dalıyca haraya göndərir? - “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”
Suriyada ara qarışdı: din xadimi çağırış etdi, Əsəd tərəfdarları ayağa qalxdı - Ölən və yaralananlar var
Türkiyə Ermənistanla sərhədi 32 il sonra açır - 3 GÜNƏ...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı - Misir Mərdanovla Əli Abbasov yola salındı
Milli Məclisdə kadr və struktur dəyişikliyi olub - Spiker köməkçisinə yeni vəzifə verdi
Nazirlik əhaliyə müraciət edib
Xalq artisti məhkəməyə verildi - Keçmiş xanımı tərəfindən
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaret aşkarlanıb
Heç kim qanundan üstün deyil! - Bəylər Eyyubovun qohumları da
Səməd Seyidovun adından saxta xəbər yayıldı - Xəbərdarlıq
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində - FOTOLAR
“Nar”ın “Çoox Şanslı” lotereyasında 9-cu avtomobil uduldu
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
45 hakim and içib
Ağdərəyə növbəti köç olub
İnstitut direktoru vəzifədən azad edilib - Yeni təyinat
Çingiz Qənizadənin oğlu yeni vəzifəyə təyin olunub
DİN Qarabağ bölgəsinə gedən şəxslərə müraciət edib
İcra başçısının müavini vəzifədən çıxarılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)