“Doğu Akdeniz-2023”: Azərbaycan və Türkiyə Xüsusi təyinatlıları təlimdə - VİDEO

img

23-11-2023 [18:00]


Qardaş ölkə Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təliminin noyabrın 23-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu ilə yanaşı Azərbaycan HDQ-nin, eləcə də digər dost və müttəfiq ölkələrin nümayəndələri də iştirak ediblər.

Qonaqlar təlimin növbəti epizodları üzrə tapşırıqların icrasını izləyiblər. Ssenariyə əsasən baş vermiş zəlzələ səbəbindən vətəndaşların, o cümlədən yaralıların sahildən TCG Anadolu gəmisinə təxliyəsi tapşırıqları uğurla yerinə yetirilib.

Helikopterlərdən gəmiyə enən hərbi qulluqçuların Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırması böyük maraqla qarşılanıb.

Azərbaycan HDQ Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təliminin gedişatı müsbət qiymətləndirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA