Macarıstanın Baş naziri Bakıya gəldi - FOTO (Yenilənib)

img

23-11-2023 [18:13]


Macarıstanın Baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

***

Bu gün Macarıstanın Baş naziri Viktor Orban Bakıya gəlir.

Mia.az xəbər verir ki, bu barədə Baş nazir Orbanın ofisi məlumat yayıb.

Bildirilib ki, o, İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidentinin dəvəti ilə cümə günü (25 noyabr) BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb. Konfransdan əvvəl Baş nazir Orban Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacaq.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA