"Qəzzanın sərhədlərinin yenidən cızılması mümkün deyil" - Bayden Netanyahu və Sisi ilə telefonla danışıb

img

23-11-2023 [10:10]


ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

Bayden Netanyahu ilə görüşündə İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşmasından məmnunluğunu ifadə edib.

Qəzzaya humanitar yardımın çatdırılması məsələsinə də toxunan Bayden İordan çayının qərb sahilində sakitliyin qorunmasının vacibliyinə də diqqət çəkib.

Misir prezidenti Sisi ilə telefon danışığında prezident Bayden Misirə məhbus mübadiləsi razılaşmasının əldə edilməsində göstərdiyi səylərə görə təşəkkür edib.

ABŞ-ın heç bir şəkildə fələstinlilərin Qəzzadan və ya İordan çayının qərb sahilindən zorla köçürlüməsinə icazə verməyəcəyini ifadə edən Bayden bildirib ki, Qəzzanın sərhədlərinin yenidən cızılması mümkün deyil.

İki lider Qəzzaya daha çox humanitar yardım çatdırmaq barədə də razılığa gəliblər.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA