MAQATE-dən İsrailin nüvə silahı ilə bağlı iddialara - Reaksiya

img

23-11-2023 [00:10]


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi Türkiyə prezidenti Ərdoğanın İsrailin nüvə silahına sahib olması və bunu dünya ictimaiyyətindən gizlətməsi barədə bəyanatına reaksiya verib.
 
Mia.az
xarici mətbuata istinadla xəbər verir ki, MAQATE prezidenti özünün də İsrailə bu barədə dəfələrlə çağırış etdiyini deyib: "Biz İsrail də daxil olmaqla, Yaxın Şərqdəki bütün ölkələri Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmağa çağırmışıq və bu çağırışı bir daha təkrar edirəm”.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İsrail rəsmisinin bu günlərdə "Qəzzaya atom bombası atmalıyıq" təklifi barədə suala isə belə cavab verib: "Qeyri-ciddi çıxış qətiyyən qəbuledilməzdir".

Xatırladaq ki, İsrailin 90 nüvə başlığına ahib olması barədə çoxsaylı xəbərlər var. Rəsmi Tel-Əviv  bu iddia və xəbərləri heç vaxt nə təkzib, nə də təsdiq edib.

Ərdoğan isə İsrailin bu nüvə başlıqlarına güvənərək, fələstinlilərə qarşı amansız davrandığını bəyan edir: "Ey Netanyahu, İsrailin atom silahı varmı? Cəsarətin varsa, çıx açıqla. Açıqlaya bilməzsən, şünki varınızdır...".

Türkiyə lideri bir neçə gün əvvəl Berlində Almaniya kansleri ilə görüşdə də İsrailin nüvə silahlarından söz açıb.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA