46 polis rüşvətə görə həbs olunub - İstanbulda 

img

22-11-2023 [13:55]


İstanbulda polisin yüksək tonajlı maşınlarından, sənədləri əskik yük avtomobillərindən, mikroavtobuslardan və ticarət maşınlarından rüşvət alması iddiası şəhərdə gərginlik yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yayılan söz-söhbətlərdən sonra İstanbul şəhər Polis İdarəsi 39 polisi rüşvət alarkən qandallayıb: "Əməliyyat çərçivəsində bir neçə ay əvvəl başqa şəhərlərə təyinat alan daha 7 polis əməkdaşı da eyni ittihamla saxlanılıb".

Məlumata görə, polislərlə yanaşı, Maltəpə rayonunda bir avtopark sahibi də saxlanılıb: "Lakin o, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb".

Hazırda istintaq əməliyyat tədbirləri davam edir.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR