Azərbaycanda doğuş zamanı daha bir körpə ölümü

img

10-06-2014 [12:40]


Azərbaycanda doğuş zamanı daha bir ölüm hadisəsi qeydə alınıb. AzNews.az-ın məlumatına görə Şamaxı rayon sakini Ziyafət Həsənova rayon mərkəzi xəstəxanasında iyunun 8-də oğlan uşağı dünyaya gətirib. Əvvəlcə hər şeyin normal olduğu bildirilsə də, bir neçə saatdan sonra uşaq xəstəxananın doğum şöbəsinin müdiri Nəzakət Abdulrzaqova tərəfindən Bakıya, Elmi Tədqiqat Pediatriya İnstitutuna göndərilib. Həkimlərin səyinə baxmayaraq, ağır durumda gətirilən körpənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin dəhşətli təfərrüatlarını və həkimlərin açıqlamalarını az sonra diqqətinizə çatdıracağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA