ABŞ administrasiyası: "HƏMAS və İsrail arasında əsir mübadiləsindən məmnunuq"

img

22-11-2023 [10:54]


ABŞ prezidenti Co Bayden və dövlət katibi Entoni Blinken İsrail hökuməti ilə Həmas arasında əldə olunan məhbus mübadiləsi razılaşmasını alqışlayıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Bayden açıqlama verib.

Qətər əmiri Şeyx Təmim bin Hamed Al Saniyə və Misir prezidenti Əbdülfəttah əs-Sisiyə razılaşmada oynadıqları mühüm rola görə təşəkkür edən Bayden qeyd edib ki, ABŞ prezidenti kimi amerikalı məhbusların azad edilməsi onun əsas prioritetidir.

Dövlət katibi Blinken də razılaşmadan məmnun olduğunu bildirib. O, Misir və Qətərə təşəkkür edib.

Xatırladaq ki, İsrail hökuməti gecə yaydığı bəyanatda əsirlərin mübadiləsi və müvəqqəti atəşkəsi qəbul etdiyini təsdiqləyib.

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA