BMT: "Qəzzada atəşkəs ehtimalına hazırlaşırıq"

img

22-11-2023 [00:05]


"Birləşmiş Millətlər Təşkilatı Qəzzada atəşkəs elan olunarsa, humanitar yardımların daha effektiv şəkildə təmin olunması üçün hazırlıqlar görür".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qəzzada atəşkəsin mümkünlüyü ilə bağlı sualı cavablandıran Haq bildirib  ki, bu mövzuda danışmaq hələ tezdir: "Lakin BMT-nin baş katibi Antonio Quterreşin əvvəldən humanitar atəşkəs tələbini və son iki gündə yaşananları nəzərə alsaq, bu ehtimal böyükdür. Hazırda müvafiq orqanlarla danışıqlar aparırıq. Əgər atəşkəs olarsa, humanitar yardımı daha operativ şəkildə təmin edəcəyik. Artıq bunun hazırlıqlarInı görürük".

Livanla sərhəddə bu gün iki jurnalistin öldürülməsinə toxunan Haq deyib ki, media əməkdaşları hər zaman qorunmalıdır: "Əlbəttə, onların öldürülməsini pisləyirik”.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA