İsrailin nəhəng yük gəmisi belə ələ keçirilib - Anbaan görüntülər (VİDEO)

img

21-11-2023 [10:42]


Xəbər verildiyi kimi, Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə İsrail şirkətinin ortağı olan “Galaxy Leader” adlı gəmini ələ keçiriblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Husilər gəmini necə ələ keçirmələrinin görüntülərini paylaşıblar

Görüntülərdə Husi qüvvələrinin vertolyotla gəmiyə enərək, 22 ekipaj üzvünü əsir götürdüyü aydın olur.

Qəzzadakı vəhşiliyə görə İsrail şirkətlərinə məxsus gəmiləri hədəf alacaqları ilə hədələyən husilər bu cür əməliyyatlarını davam etdirəcəklərini bəyan ediblər.

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahunun ofisindən verilən açıqlamada husilərin Qırmızı dənizdə yük gəmisini ələ keçirməsi pislənilib və hadisənin arxasında İranın olduğu iddia olunub. İran isə bu iddiaları rədd edib.

Samir Musayev

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA