Bakıda şirkət əməkdaşı özünü asdı

img

10-06-2014 [11:14]


Bakı şəhərinin Suraxanı rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Yeni Suraxanı qəsəbəsi, İ.Məmmədov küçəsində yerləşən ATEF şirkətinin baş ofisində 1978-ci il təvəllüdlü Ağaverdiyev Teymur Orucəli oğlu intihar edib. T.Ağaverdiyev binanın birinci və ikinci mərtəbələri arasındakı yerdə özünü asıb. Onun cansız bədənini şirkət əməkdaşları aşkarlayaraq aidiyyatı üzrə xəbər veriblər.
Qeyd edək ki, intihar edən şəxs də həmin şirkətdə çalışırmış.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA