ABŞ onlara viza verməyəcək - Açıqlama

img

20-11-2023 [11:40]


ABŞ İordan çayının qərb sahilində fələstinlilərə hücum edən israilli ekstremistlərə viza qadağası tətbqi etməyə hazırlıq görür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkə başçısı Co Bayden "Washington Post" qəzetində Qəzzadakı hadisələrlə bağlı məqaləsində yazıb.

O, İordan çayının qərb sahilində fələstinlilərə qarşı “ekstremist zorakılığın” dayandırılması vacib sayıb: "ABŞ dinc əhaliyə hücum edən ekstremistlərə qarşı tədbirlər görəcək. Bu tədbirlər siyahısında viza qadağasına qədər olacaq".

ABŞ Milli Təhlükəsizlik müşavirinin müavini Conatan Finer "CBS" televiziyasına açıqamasında Baydenin bu açıqmasına izahda deyib ki, yəhudilərin İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumları ciddi narahatlıq yaradır: "Prezident Baydenin bəyan etdiyi və hazırda üzərində işlədiyimiz layihəyə əsasən İordan çayının qərb sahilində günahsız insanlara qarşı zorakılığa görə məsuliyyət daşıyanlara qarşı addımlar atacaq, o cümlədən onlara ABŞ vizalarının alınmasını qadağan edəcək".

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR