RAMİL USUBOVA ƏLAVƏ SƏLAHİYYƏT VERİLDİ - Mədət Quliyev isə onun müavini oldu (FOTO)

img

18-11-2023 [10:08]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmanla “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanında (Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 848 nömrəli və 2020-ci il 30 yanvar tarixli 917 nömrəli fərmanları) dəyişikliklər təsdiq edilib.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezidentin digər sərəncamı ilə bu gün  müdafiə sənayesi naziri vəzifəsindən azad olunan Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR