Ərdoğan Almaniyaya gedib - Bu heyətlə (SİYAHI)

img

17-11-2023 [14:25]


Prezident Ərdoğan Almaniyaya gedib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan bir günlük işgüzar səfər çərçivəsində bu gün saat 13.20-də özəl “TUR” təyyarəsi ilə Almaniyanın paytaxtı Berlinə yola düşüb.

Onu Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər əlaqədar şəxslər yola salıblar.

Prezident Ərdoğanı səfərdə Xarici İşlər Naziri Hakan Fidan, Ticarət Naziri Ömər Bolat, Prezident Administrasiyasının Əlaqələr Direktoru Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç müşayiət edirlər.

Məlumata görə, Türkiyə lideri Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və heyətlərarası görüş keçirəcək. Daha sonra o,  kansleri Olaf Şoltsla bir araya gələcək.

Lamiyə Əhmədli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA