ABŞ: "Xəstəxanaları savaş hədəfi olaraq görmək istəmirik"

img

17-11-2023 [12:00]


"Qəzzaya daha çox yanacaq daxil olmalıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəli ənənəvi brifinqdə deyib.

O, İsrailin Qəzzaya yanacaq buraxmamasına görə yaşanan fəlakətlə bağlı suala cavabda bildirib ki, Qəzzaya daha çox yanacaq tədarükü lazımdır və bu, təkcə yardım maşınları üçün deyil, həm də xəstəxanalar və digər humanitar xidmətlər üçün vacibdir: "İsrailin yanacaq qadağasından sui-istifadə etməməlidir. Əlbəttə, biz daha çox yanacağın Qəzzaya tədarük olunmasını istəyirik. Bununla yanaşı, ABŞ Qəzzadakı xəstəxanaları hədəf olmasını da qəbul etmir. İsrailin xəstəxanalarda məhdud hərbi əməliyyatlar keçirməsi məqsədəuyğun ola bilər, lakin burada mülki insanlara dəyən zərərin minimuma endirilməsini istəyirik. Xəstəxanaları savaş hədəfi olaraq görmək istəmirik".

Tahir Şəlvəli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR