İsrail Suriyaya növbəti zərbələr endirib

img

17-11-2023 [11:55]


İsrail Suriyanın paytaxtı Dəməşqdə bir sıra hərbi hədəflərə hava zərbəsi endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriya xəbər agentliyi SANA məlumat yayıb.

Məlumata görə, yerli vaxtla gecə saat 02.25-də İsrail hava hücumu ilə Dəməşq ətrafındakı bəzi nöqtələri bombalayıb: "Bəzi bölgələrdə partlayış və yanğınlar baş verib".

İsrail rəsmiləri isə hücumla bağlı açıqlama verməyib.

Firudin Səfərli 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA