Yaşar Gülər: "Bu iki ölkə Almaniyanı raz sala bilsələr, onda 40 qırıcı alacağıq"

img

17-11-2023 [00:10]


Milli Müdafiə naziri Yaşar Gülər ​​Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında nazirliyin 2024-cü il büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin suallarını cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazir ABŞ-dan alınması nəzərdə tutulan F-35-ləılı bağlı problem çıxdığından "rota"nı Avropaya döndərdiklərini deyib.

Nazirin sözlərinə görə, Türkiyə silahlı qüvvələri üçün İngilətər-İspaniya və Almaniyanın ortaq satış layihəsi ​​"Eurofighter Typhoon" döyüş təyyarələrinin alınması üçün danışıqlar gedir:

"Bu təyyarələrin İngiltərə, Almaniya və İspaniya ilə əlaqəsi var. İngiltərə də, İspaniya "hə" deyir, indi də Almaniyanı razı salmağa çalışırlar. Onlar deyir ki, Almaniyanı razı salacağıq. Bu döyüş  təyyarələrinin texniki imkanlaır yüksəkdir. Əgər İngiltərə və İspaniya vəd etdikləri kimi Almaniya ilə problemi həll edərlərsə, o zaman biz 40 "Eurofighter" almağı planlaşdırırıq".

Gülər Türkiyə Silahlı Qüvvələrinin əlində olan döyüş təyyarələrinin bugünki ehtiyacı təmin edib-etməməsi ilə bağlı suala belə cavab verib: "Bizim F-16 və F-4-lərimiz yerinə yetirəcəyimiz vəzifələr üçün kifayətdir. Bununla belə, təbii ki, biz irəliyə baxırıq...".

Lamiyə Əhmədli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR