RƏSMİ BAKI ABŞ-a SƏRT CAVAB VERDİ, VAŞİNQTONDAKI GÖRÜŞDƏN İMTİNA ETDİ: "Mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq"
16-11-2023 [14:55]
"ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlər səmərəsiz, əsassız və qəbuledilməzdir".
Mia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında yer alıb.
Bildirilib ki, dinləmələri və səsləndirilən çıxışlar Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbədir:
"Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır.
19-20 sentyabrda Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət və hadisələrə münasibət bildirən Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın bu addımlarına səbəb olan əsas problemin, yəni beynəlxalq hüququn norma və prinsiplərinə, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdə 10.000-dən çox erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğu məsələsinə etinasız yanaşıb. Üstəlik, Azərbaycan tərəfi bütün, o cümlədən ABŞ-la keçirilmiş görüşlərdə sözügedən qüvvələrin bölgədə təhlükə mənbəyi olduğunu dəfələrlə qeyd edib və onların dərhal çıxarılmasına çağırış edib.
Bundan əlavə, ABŞ tərəfi sülh prosesinin irəliləməsinin vacibliyindən bəhs edərkən Ermənistanın artıq iki aydan çoxdur ki, Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verməyərək, prosesi ləngitdiyini unudur. Baza prinsiplər, habelə sülh sazişinin imzalanması, o cümlədən sərhədlərin demarkasiya və delimitasiyası, həmçinin komunikasiya xətlərinin açılması əsasında sülh prosesini başladan tərəfin Azərbaycan olmasına baxmayaraq, dövlət katibinin köməkçisi son 3 il ərzində bu istiqamətlər üzrə göstərilən səylərin Ermənistan tərəfindən sarsıldığını və maneə törədildiyini qeyd etməkdən çəkinib. Ermənistandan fərqli olaraq, Azərbaycan, 6 oktyabr 2022-ci il tarixində Praqada baş tutan görüş zamanı da bir daha təsdiqləndiyi kimi, hər zaman Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət edib.
Azərbaycan nəinki 2020-ci ilin 44 günlük müharibəsindən sonra, hətta ərazilərinin işğal olunduğu 30 ilə yaxın müddət ərzində də beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən sülh prosesinə sadiq olub. Əksinə, vasitəçilərdən biri olan ABŞ tərəfi, təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır. Bundan əlavə, ABŞ, separatçı rejimi dəstəkləyən tərəf olaraq, sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir.
Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur. ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə, sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir.
Ceyms O’Braynın 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı şərhinə gəlincə isə belə görünür ki, ABŞ tərəfi 1992-ci ildə təcavüzə və işğala məruz qalmış dövlət olmasına baxmayaraq bu düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır. 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib, amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır.
Bundan əlavə, “Azərbaycanın gücdən istifadə etməsi etimadı sarsıdıb və Bakının Ermənistanla hərtərəfli sülhə sadiqliyinə şübhələr yaradıb” ifadəsi 30 ilə yaxın təcavüzün və gücdən istifadənin qurbanının məhz Azərbaycan olduğunu nəzərə alaraq heç bir dəyər daşımır. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün gücdən istifadə etməklə bağlı legitim hüququ olduğunu bir daha vurğulayır.
ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaqdır. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik.
Üstəlik, ABŞ-ın belə birtərəfli yanaşması ABŞ-ın vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir.
Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq".
HƏMAS-ın tanınmış şəxslərinin ölüm faktı təsdiqləndi
47 günün icra başçısı niyə vəzifədən azad edildi? - İddia var
Dövlət Agentliyində yeni təyinat olub
Elvin Cəfərquliyev 2025-ci ilin ən yaxşısı seçildi – ÖZƏL
Leyla Əliyeva Milli Xalça Muzeyini ziyarət edib
Prezident İlham Əliyev "Bakı Ağ Şəhər"də olub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kriştiano Ronaldo: "1000 qol vurana qədər futbol oynayacam"
Bakıda və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Sahil Babayevdən daha bir - Təyinat
Emin Əmrullayevə yeni müşaviri təyin edilib - O, kimdir?
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir
bp şirkəti müqavilədən niyə imtina edir? - Qalmaqal
Dövlət Agentliyinin Müşahidə Şurası üzvlərinin sayı azaldılıb
Bu icra başçıları yol üstündədir - Qəzənfər Ağayev, Adil Vəliyev, Zakir Fərəcov, Vidadi İsayev və...
Hərbi xidmətlə bağlı yeni fərman verildi - DƏYİŞİKLİK
Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə aparıb
Prezident Vergi Məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib
Prezident 2026-cı il üçün ehtiyac meyarını təsdiqləyib
İcbari Tibbi Sığorta Fondu haqqında fərman imzalayıb
Türkiyədə İŞİD üzvləri əməliyyatçılarla atışmaya girdi: 3 polis şəhid olub, 8-i yaralanıb - 6 terrorçu məhv edildi (Yenilənib)
Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib
Qazaxda avtomobil aşıb, ölən var
Altay Göyüşovun məhkəməsi başlayıb
Hərbçi qəzada ölüb
Daha bir məşhur serial ekranla vidalaşdı - Reytinqə görə
Xanım müğənni sinə kiçiltmə əməliyyatına girdi, indisə bədəni çürüyür - Həkimlə bağlı araşdırma aparılır
Misir Mərdanovdan vəzifədən uzaqlaşdırılmasına reaksiya: "Zəng edib dedilər ki, imza at.."
Türkiyə futbolunda qumar - Daha 26 nəfər məhkəməyə göndərildi
Qusarda 71 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
Şuşada köməksiz vəziyyətdə qalanlar xilas edilib
"Yuventus" türk futbolçunun maaşını qaldırıb - 6 milyon avroya
Bayram günləri banklar işləyəcək
AFCON 2025: Hans komandalar qalib gəlib?
Şimali Koreya bölgədə gərginlik yaradıb - Yeni uzaqmənzilli raketlər sınaqdan keçirilib
Goranboyda təcili yardım avtomobili qadını vuraraq öldürüb
ABŞ-da iki vertolyot havada toqquşub - Ölən və yaralanan var
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
ZELENSKİ İLƏ TRAMPIN GÖRÜŞÜNDƏN NİKBİN MESAJLAR: "Razılaşma və zəmanət var" - "Putin bu tələbdən vaz keçməlidir"
Sumqayıtda təhlükəli tikinti: bina uça bilər - VİDEO
"Azərpoçt" sakinləri məktub dalıyca haraya göndərir? - “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”
Suriyada ara qarışdı: din xadimi çağırış etdi, Əsəd tərəfdarları ayağa qalxdı - Ölən və yaralananlar var
Türkiyə Ermənistanla sərhədi 32 il sonra açır - 3 GÜNƏ...