ABŞ və İsrail razılaşdı: "Qəzzaya beynəlxalq nəzarət olmalıdır" - İsrail ordusu isə...

img

16-11-2023 [14:26]


ABŞ və İsrailin Qəzzaya “beynəlxalq gücün nəzarət etməsi” mövzusunda razılaşıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN-da məlumat verilib.

Telekanalın məlumatına görə, Ağ Evin Yaxın Şərq və Şimali Afrika koordinatoru Brett Makqurkla Tel-Əvivdə bu barədə müzakirə aparılaraq razılaşma əldə olunub: "Onunla görüşdə Qəzzadakı müharibənin bitməsindən sonrakı vəziyyət ətraflı müzakirə olunub. Qərara alınıb ki, Qəzzada HƏMAS və onun kimi terror ünsürlərinin yenidən boy atmaması üçün şəhərin idarəetməsi mütləq "beynəlxalq güc"ün nəzarətində olmalıdır".

Məlumatda o da deyilir ki, beynəlxalq güc (BMT və ya hansısa ittifaq formatlı yeni təşkilat) şəhərin sivil idarəetməsini həyata keçirsə də, İsrail ordusu Qəzza zolağının təhlükəsizliyinə nəzarəti yenə özündə saxlamağı planlayıb.

Onu da qeyd edək ki, Almaniya Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzzanı nəzarət götürməsini təklif edib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA