PUTİNDƏN QƏRBƏ DAHA BİR ƏZƏLƏ NÜMAYİŞİ: hipersəsli “Avanqard” nüvə silahı döyüş vəziyyətinə gətirildi

img

16-11-2023 [14:13]


Rusiya hərbçiləri nüvə başlıqlı hipersəsli “Avanqard” raketini buraxılış anbarına yerləşdirib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, nüvə hücumu qabiliyyətinə malik qitələrarası hipersəsli “Avanqard” raketi Orenburq vilayətindəki buraxılış anbarına yerləşdirilib: "Bu, Rusiyanın strateji nüvə qüvvələrinin döyüş imkanlarını artıracaq".

Rusiya mətbuatı yazır ki, nüvə hücum qabiliyyətinə malik olan “Avanqard” qitələrarası raketi düşmən ölkə müdafiə sistemləri tərəfindən aşkarlana bilmir və hava hücumundan müdafiə sistemlərini asanlıqla "dəlir".

Bildirilir ki, hipersəs başlıqlı raket səs sürətindən 20 qat daha sürətli hədəfə yetişir: "Üstün manevr qabiliyyətinə malikdir və 9 kilometr yüksəklikdə uça bilir".

Onu da eyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə “Avanqard”ı bəzi yeni strateji silahlar kimi “məğlubedilməz” adlandırmışdı.

F.Əhməd

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA