Azərbaycanda gizlənən bloger Tural Məmmədov Rusiyaya təhvil verildi - FOTO

img

15-11-2023 [16:19]


Azərbaycan tərəfi Sankt-Peterburq sakinlərinə qarşı hücumda ittiham olunan qalmaqallı bloger Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.

Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Daha əvvəl 18 yaşlı Tural Məmmədov Rusiyanın müraciəti ilə Azərbaycanda saxlanılıb.

İstintaqın məlumatına görə, gənc oğlan digər gənclərlə birlikdə yoldan keçənlərlə qəsdən münaqişə yaradıb və onları döyüb. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

İstintaq çərçivəsində yaşı 14-18 arasında olan 10-dan çox şəxs saxlanılıb(Report).

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA