Bayden: "HƏMAS-ın əsirləri azad edəcəyinə inanıram" - "Bir az daha gözləyin, gəlirik"

img

15-11-2023 [00:29]


"HƏMAS-ın əsirləri azad edəcəyinə inanıram".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden jurnalistlərə açıqlamasında deyib.

Qəzzada HƏMAS tərəfindən saxlanılan 200-dən çox əsirin azad ediləcəyinə inandığını ifadə edən Bayden bildirib ki, HƏMAS-a təsiri olan bütün qüvvələrlə təmas halındadır: "Hər gün mövzu ilə əlaqəsi olanlarla danışıram. Bunun, yəni, əsirlərin azad ediləcəyinə inanıram, amma hər hansı bir detal vermək istəmirəm".

Bayden əsirlərin ailələrinə də qəribə mesaj verib: "Bir az daha gözləyin, gəlirik".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA