Sabah hava şəraiti dəyişəcək - Xəbərdarlıq

img

13-11-2023 [18:04]


Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü gündüz cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, 14-ü axşamdan 15-i səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 14-dən 15-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-aran, Dağlıq-Şirvan) yağıntıların leyan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 14-ü axşam, 15-i gecə və səhər qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA