Nazirlik əməkdaşları yanğın yerindən bir qutu qızıl tapıblar

img

13-11-2023 [12:57]


Gədəbəy rayonunun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar.

FHN-dən Mia.az-a verilən məlumat görə, qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər.

Qeyd edək ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR