"Respublikanski"də doğum həkimlərinə qarşı "əməliyyat" - Yeni baş direktor və 30 ilin cərrahına qarşı oynanılan oyun...
12-11-2023 [10:52]
Respublika Klinik Xəstəxanasında 20-30 ildir orda çalışan tibbi heyət - istər həkimlər, istər tibb bacıları kütləvi şəkildə işdən çıxarılır.
Faktinfo.az xəbər verir ki,onlardan biri ginekologiya şöbəsinin cərrah mama-ginekoloqu Bahar Novruzova 30 ildir çalışdığı xəstəxanadan necə “atıldığını” və başına gətirilənləri Medicina.az -a danışıb:
- Bahar xanım, Klinik xəstəxanadan çıxarılmağınız və ədalətsizlə üzləşməyinizlə bağlı dövlət qurumları, Mehriban xanıma və İcbari Sığorta rəhbərinə müraciət ünvanlamısız. Sizə qarşı nə baş verib, niyə 30 il çalışdığınız xəstəxanadan çıxarıldınız?
- Mən 30 ildir, bu xəstəxananın ən öndə gedən, ən ağır əməliyyatlarını icra edən cərrahı olmuşam. Bundan əlavə rayonlarda ağır xəstələr olanda məni göndəriblər. Yeganə kadr idim ki, ağır xəstələri vəziyyətdən çıxardığım üçün bəzən gecəylə maşına əyləşdirib bölgələrə göndəriblər.
İlham Əliyev və Heydər Əliyevin doğum günlərində bizi 1 həftəlik Naxçıvana həmişə məni göndərilər.
Bu vaxta qədər nə baş həkim, nə direktorlarla problemim olmayıb.
Nə baş verdisə, xəstəxanaya Elviz Qasımov direktor gələndən oldu.
Bizim şöbədə sığortadan qabaq da həmişə dərman problemi olub. Elə vacib qanaxma saxlayan dərmanlar var ki, verilməyib. Bizə şöbə müdirlərimiz deyib ki, başımız salamat olsun deyə, özünüzdə bu dərmanlar olsun. Biz də hətta apteklərdə olmayan dərmanı öz pulumuza alıb şöbədəki şkafımızda saxlayırdıq. Hətta fevralda Oksitatin adlı uşaqlığı yığan dərman olmadı, Naxçıvandakı apteklərdən gətizdirib həkimlər arasında bölüşdürmüşük. Əgər belə işləməsəydik, inanın çox xəstə ölərdi. Çünki gecə xəstə ağırlaşanda nə direktor haya yetəcək, nə baş həkim, nə dərmana cavabdeh şəxs.
Bu yay mən bir neçə həkimlə məzuniyyətdə idik. Bizə xəbər verdilər ki, xəstəxananın mühafisəzinin rəisi Pərviz girib şöbəyə, şkafları açıb dağıdıb, ordakı bizə məxsus şəxsi əşiyaları və dərmanları götürüb. Öz pulumuza düzəltdiyimiz dolabda əməliyyat geyimlərimizi atıb bayıra. Hətta alt paltarına kimi. Pərvizi də bu təzə direktor komandası ilə gətirib.
Sentyabrın 7-si gəlib şöbə müdirin yanına getdim, şikayət etdim. Sentyabrın 8-i əməliyyat otağının qarşısında 19 mama cərrahın təcili tibbi xidmət üçün dərman və ləvazimatlar, şok əleyhinə dərmanlar olan dolabları var idi. Yenə bu Pərviz yanındakılarla gəlib, onları heç bizə açdırmadan sındırıb, dərmanları, sapları yığıb apardı. Mən də bunu gördüm, şkafda mənim şəxsi dərmanlarımı yığdım ki, sabah növbədəyəm dərmansız qalacam. İşimi ehtiyatlı tutmaq üçün yığıb maşınıma apardım.
Sonra Pərviz gəldi ki, Bahar xanım, onları verin bizə, biz yoxlayıb tutuşdurmalıyıq, sizin olsa, sonra hara istəyirsiz aparın. Mən də razılaşdım. Özüm maşındakıları verdim. Guya seriyası ilə yoxlayacaq, əgər bizim olsa akt yazacağıq. Dedim lap yaxşı.
2 gün keçdi, xəbər çıxmadı. Hər yerə getdim, şöbə müdiri, ümumi şöbə, hamısı dedi bizə heç nə deyilməyib. 11-i mənim növbəmdə bir xəstə gəldi, cırılmış çapıqla, xəsətəxanada bir dənə sap yoxdur ki, əməliyyat edək. Xəstə ağrıdan ölür. Əməliyyatxananın baş tibb bacısı deyir ki, sap yoxdur. Mənim ehtiyatımı bu Pərviz aparıb. Haray saldım ki, xəstə öləcək. Hansı baş həkimin, müavinin qapısını döydüm dedilər, bilmirik get direktora, Elvizə. O da heç kimi qəbul etmir. Gələn günündən onun qapısı kollkektivin üzünə bağlıdır. Özü kimi istəyir qəbul edir. Qəbul günü də yoxdur. Məni o qədər fırlatdılar ki, xəstə də ölür. Axırda dedim bu dəqiqə TƏBİB-ə zəng edəcəm ki, xəstə ölür, dərmanımız, sapımız yoxdur tikək. Xəstənin adamı da yoxdur ki, göndərək alsın. Axırda həmin Pərvizə zəng edib, götürdüyü dərmanlarımdan verdilər.
Bu həngamədən sonra məni kadrlar şöbəsi çağırdı ki, gəlin, ərizənizi yazın. Hüquqşünas mənə dedi ki, sən xəstəxananın dərmanlarını götürüb çıxarmaqda təqsirləndirilirsən, ya indi könüllü çıx, ya da 70C ilə çıxarılırsan. Mən xəstəxanada bütün dərman işlərinə baxanların yanına, bütün şöbələrə getdim ki, məndən götürülən dərmanların xəstəxanaya qəbul seriyası yoxlanılıb, kim qərar verdi ki, bunlar xəstəxananındır?. Hamı dedi bizi işə qatma, biz dərman yoxlamamışıq.
Bəs əskiklik yoxdur, sərfiyyat düz, çıxar düz, dərmanlar necə oldu sizin oldu?
19 şkaf var şöbədə. Hər gün o əməliyyatxanaya girirdilər, görmürdülər 19 şkaf, ağzına kimi doludur?
Hüquqşünas məndən sübut istədi. Getdim akt yazdırdım, şöbənin 19 həkiminin hamısı qol çəkdi ki, bizə deyən olmayıb ki, dərman saxlamaq olmaz.
Mən dərman oğrusu olsam, onu açıq-aşkar, gündüz vaxtı maşına niyə aparıram?
Mənim Naxçıvandan qohumlarım belə şahiddir ki, biz tapılmayan dərmanları tanışlıqla ordan gətizdirimişik.
Mənə deyir, əlimizdə videoçəkiliş var. Mən də deyirəm sübut edin. O araşdırmanı kim edib, kim sübut etdi ki, o dərmanlar xəstəxanandır.
Həmkarların sədri də məni çağırdı ki, Elviz müəllim təlimat göndərib, sənin məsələn iclasa çıxarılacaq. Ora da çıxsa gərək, maddə ilə çıxasan. Nə qədər gec deyil, öz ərizənlə çıx. Adamı durduğu yerdə şərə salarlar? Mən vəkillə məsləhətləşdim, o da dedi ki, Həmkarlar təşkilatına maaşından pul tutulub. Həmkarlar işçini müdafiə etməlidir, direktordan asılı olmamalıdır. Onlar sənə deyə bilməz ərizəni yaz. İclası tələb et, qoy olsun, əlindəki sübutları da apar. Ərizəmi yazmadım, tələb etdim ki, həmkarların üzvlərinin 70%i olmasa o iclası qəbul etməyəcəm. Mən vəkillə getmək istədim, qoymadılar ki, bizim hüquqşünas ola –ola başqa vəkil olmaz. 10 nəfəri yığıblar, mən hər şeyi göstərdim. Yenə də üzümə durdular ki, sizə deyilib, dərman saxlamayın, siz əmrə tabe olmamısız.
Sonradan eşitdim ki, həmin o mühafizənin rəisi digər işçilərə hansı ki, onların da şkaflarnı açıb dərmanlarını yığmışdı, tibb bacısı ilə xəbər göndərmişdi ki, kim istəmir adı siyahıya düşsün, gəlib məni görsün ki, onun adını pozum. Onun şkafını təmizə çıxaraq. Elə adamlar var otaqda, şkafında nə qədər dərmanlar çıxıb, onlarln adı siyahıda olmadı, Elvizə verilmədir.
Həmkarların iclasından sonra məni çağırdılar ki, sənin işinə 70C xitam verdik. Bəs bu qədər izahat. Bu qədər sübut. Yenə dedilər Elviz müəllimlikdir. 4 dəfə getmişdim, axırıncı dəfə getdim, dedilər vaxtı yoxdur, dedim bu gün məni qəbul etməyənə kimi burdan çıxmayacam, burda elə bir həngamə qopacaq ki, səsi respublikaya yayılacaq. Mən artıq dözə bilmərəm bu boyda tapdağa, saymamazlığa. Qarşınızdakı uşaq deyil. Elviz bu xəstəxananın qapısını tanımayanda mən burda can qoymuşam.
Axırda məni qəbul etdi. Hər şeyi ona danışdım. Dedim, gecə növbəsində xəstə sığorta ilə gəlir, əllərində göndəriş, dərman istəyəndə göyə çıxırlar. Nəylə tikim, yorğan sapıyla? Allah eləməsin, xəstəyə nəsə olsun, qalırıq prokurorluq yollarında. Heç kim arxamızda durmur. Ona görə 200 manatımızdan keçib hər şeyi alırıq. Allah xətrinə sağalsın, təki düzəlsin. Dedi, mən özüm bu məsələni araşdıracam. Dedim, bəs məni 70C ilə çıxarırsız, oğru damğası vurursuz, araşdırıb sonra qərar verin. Mənə dedi, yaxşı, get onda ərizəni təzədən yaz. Mən də ailəmə məsləhətləşdim, özəldə də işləməyimə mane olmasın deyə, məcbur olub yazdım.
Təsəvvür edin, şöbədən əşyalarımı götürürəm, orda bir mədəniyyətsiz, hamıya söz atan baş tibb bacısı var, söz eşitdirir ki, mənə sataşanın axırı belə olar. Mənim də onunla nə sözüm? Nə var, nə var, neçə dəfə demişəm ki, dövlətin bizə verdiyi dərmanları niyə vermirsiz? Çünki məhz baş tibb bacısı aptekdən lazımi dərmanları qəbul edib gətirməlidir. Bizə eşitdirir ki, kiminsə bu şöbədə qalıb işləməsi mənim 2 dodağımın arasındadır. Əslində, bizim şöbədə mamaça diplomu olan işləməlidir. Bu tibb bacısı ola-ola gətirib qoyublar şöbəyə. Onun işi ancaq palatada xəstələri sorğu-sual edib, həkimlər barədə informasiya almaq, həkimləri güdməkdir. Xəstələr də onun əlindən bezmişdilər. Bizim şöbədə əsl repressiya gedir. Mən 57 yaşıma kimi belə şey görməmişəm.
https://www.instagram.com/tv/Cx3KM1JtmVS/?igshid=MTc4MmM1YmI2Ng%3D%3D
Ərdoğan NATO-nun baş katibi ilə müzakirə aparıb - Telefonda
Xalq artisti Aygün Kazımova iti ilə burada dincəlir - VİDEO
Qəzzada ölənlərin sayı 62 minə çatır
Taliska "Fənərbağça"dan ayrılır?
9 bələdiyyə sədri Ərdoğanın partiyasına qatıldı - FOTO
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
Hindistanda daşqın: 20 nəfər ölüb, 100-dn çox yaralı, 6 itkin var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Konfrans Liqası: “Sabah”-“Levski” oyununa 6 min bilet satılıb
Kolleclərə qeydiyyat başlayıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatları rekord qırıb - Son bir həftədə
Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin gündəmini açıqladı - “Onlara 1 il vaxt verəcəklər” (VİDEO)
DÜNYANIN GÖZÜ İNDİDƏN ALYASKADA - Aviabazada keçiriləcək Putin - Tramp görüşünün təfərrüatları açıqlandı
DİN vətəndaşlara səsləndi: "Artıq şikayətləri birbaşa polis rəislərinə göndərə bilərsiniz"
Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: "Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir"
Onkoloji Xəstəxanada şok olay: xadimə rüşvət yığırmış...
Hərbçilərimiz Pakistanda paradda - Azərbaycan dilində şüarlar... + VİDEOLAR (YENİLƏNİB)
Goranboyda 9-cu sinif şagirdinə təcavüz... - Məktəbin arxasında...
"Qarabağ"ın həddini aşan "Maskot"u - Niyə yoxa çıxdı?
Qazaxıstan lideri ölkəsini parşalamaq istəyən Xruşşova elə cavab verdi ki... - Türk torpaqlarını satan və qoruyan liderlər
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif olundu - Sərəncam
Dövlət Agentliyinə 1,5 milyon manat ayrılıb - Sərəncam
Ədliyyə Nazirliyinə daha bir səlahiyyət verildi - FƏRMAN
Prezident Dövlət Xidməti ilə bağlı fərman imzalayıb
"Kocaelispor" Can Keleşi icarəyə götürüb
Sabah hava necə olacaq? - Proqnoz
Almaniya Ukraynaya 500 milyon dollar yardım edəcək
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda müzakirə aparıb
"Köln" hollandiyalı müdafiəçi ilə müqavilə imzaladı
"Milan" belçikalı müdafiəçi transfer etdi
Avropa İttifaqı Şurasının prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
“Sumqayıt” klubu Barkerlə anlaşıb
Mərkəzi Bank üç şirkətə icrası məcburi göstəriş verib
“Yalnız dua edirik” - Məmməd İsmayılın qızı
ABŞ-da güclü yağışlar can alıb - Biri uşaqdır
XİN: "Yaşasın Pakistan! Müstəqillik gününüz mübarək!"
Zakir Həsənovun müşaviri Türkiyədə ordu komandanı təyin olunub
XİDMƏT HAQQINI ÖDƏMƏYƏN SAKİNLƏR: lift xidməti hansı halda dayandırıla bilər? - Ali Məhkəmə vahid qərar verdi
Klub sahiblərinin ailəvi qonaqlığının pley-off menyusu - Qurban Qurbanov mia.az-ın əməkdaşının sualına duruxdu (VİDEO)
Xocalıda zavodda yanğın törədən şəxs tutulub
"Amedspor"dan gözlənilməz transfer - Məşhur hücumçu ilə anlaşma olub
ABŞ-da "Buynuzlu dovşan"lar artıb - Virus xəbərdarlığı (FOTO)
Böyük Britaniya Baş naziri: "Ukraynanın möhkəm və etibarlı təhlükəsizlik zəmanətləri olmalıdır"
"Antalyaspor" qambiyalı yarımmüdafiəçi transfer edib