Ərdoğan Səudiyyə Ərəbistanına gedir

img

11-11-2023 [10:11]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfər edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğan İsrailin işğal etdiyi Fələstin torpaqları, xüsusilə Qəzza və Fələstin xalqına qarşı yaşanan son hadisələrlə bağlı İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Birgə Zirvə Toplantısına qatılacaq: "Sammitdə İslam dünyasının nümayəndələri baş verənlərə qarşı atılacaq konkret addımlar barədə fikir mübadiləsi aparacaqlar. Prezident Ərdoğan sammitdə iştirakçılara müraciət edəcək. Görüş çərçivəsində Ərdoğanın iştirakçı liderlərlə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir".

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR