"Ermənistan bu prinsipləri pozmaqda davam edir" - Rəsmi Bakı Paşinyana cavab verdi
11-11-2023 [00:10]
"Noyabrın 10-da Ermənistan baş naziri Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində növbəti dəfə səsləndirdiyi əsassız iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini nümayiş etdirir".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir: “Ermənistanın baş nazirinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizlənmə"yə məruz qaldığı ilə bağlı iddialarını qətiyyətlə pisləyir və rədd edirik.
30 ilə yaxın təcavüzkar siyasəti ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, uşaq, qadın və qocaya heç bir fərq qoymadan azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı və kütləvi qırğınlar törətmiş Ermənistanın Azərbaycanı "etnik təmizləmə"də ittiham etməyə heç bir mənəvi haqqı yoxdur.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana köçməsinin məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur. Bu cür əsassız ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə də açıq şəkildə ziddiyyət təşkil etdiyini baş nazirə bir daha xatırladırıq.
Ermənistanın baş nazirinin Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı “ərazi iddiası” və “təcavüzə hazırlıq” kimi qələmə verilməsi isə tamamilə əsassızdır. Məhz Ermənistan tərəfi Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib və bununla da bölgədə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib.
Suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən baş nazir Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unudub. Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir.
Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq.
Ümidvarıq ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, yaxın zamanda sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfindən edilən çağırışlara Ermənistan tərəfindən adekvat cavab veriləcəkdir”.
DİN-dən əməliyyat: saxlanılanlar var
Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edillib - Sərəncam
Media reyestri, oxşar adlar... - Prezident qanuna yeni əlavələri təsdiqlədi (Yenilənib)
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident bu qanunlara dəyişiklik etdi + DETALLAR
"Trabzonspor" 3 oyunçu ilə yollarını ayırıb
Çağdaş Atan: "Mükəmmələ yaxın oynadıq"
Ole Qunnar Solskjaer: "İstefa verməyi fikirləşmirəm"
Pyer-Emerik Obameyanq " Olimpik Marsel" ilə müqavilə imzaladı
Sabah hava necə olacaq? - Proqnoz
Arda Turan: "Beşiktaş"a uğurlar arzulayıram"
Milan Skrinyar: "Burada öz evimdə kimi hiss edirəm"
Nelson Semedo: "Mourinyo ilə çalışmaq üçün səbrsizlənirəm"
"Fənərbağça" Nelson Semedonu transfer etdiyini açıqlayıb
Milan Skrinyar "Fənərbağça" ilə müqavilə imzaladı
ŞIXILINSKİ SƏFİRLİYƏ SIĞINIB - Ailəsiylə birlikdə (MÜRACİƏT)
Şəkidə 860 hektar biçilmiş taxıl və örüş-otlaq sahəsini yandıran şəxslər saxlanıldı
İran istiqamətindən sərhədimizi pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıblar
KKKTC liderindən İsrailin adanın işğal planına qarşı açıq mesaj: "Arxamızda Türkiyə var, hər şeyi..."
Deputatın "tender şirkəti"nin sənədi itib, yoxsa...
“Azərbaycan Dəmir Yolları"nın 750 milyon dollar borcu var
Prezident İlham Əliyev Karin Keller-Sutter məktub göndərdi - MƏTN
Xarici İşlər Nazirliyi “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir
Aqrar Xidmətlər Agentliyində yoxlama: nöqsanlar aşkarlanıb
Kanadada təyyarə qəzaya uğrayıb
Milli Onkologiya Mərkəzində anarxiya: "Analizlər 250 manat, digər müayinələr 120 manat istəyir, o biri 90 manat, başqa biri 130 manat..."
PUTİN TRAMPIN ZƏNGİNƏ CAVAB VERMİR, ABŞ PREZİDENTİ İSƏ TƏHDİD EDİR: "Rusiyanın etdikləri iyrəncdir"
Azərbaycan nefti bir dollar ucuzlaşdı
Arif Babayevin ölümü ilə bağlı nekroloq yayıldı: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir"
TRAMP TÜRKİYƏYƏ DƏ GÖMRÜK TARİFİ TƏTBİQ ETDİ - Suriyaya isə....
Xalq artisti Arif Babayev vəfat edib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
RƏSMİ BAKIDAN BÜST QALMAQALINA SƏRT REAKSİYA: "Bu, Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub, qaldı TASS-a..."
BMT: "İsrailin yardım marşrutları təhlükəlidir"
Konfrans Liqası: "Araz-Naxçıvan" tur adladı (YENİLƏNİB)
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənilərin Bakıda məhkəməsi + FOTOLAR
"Barselona"nın sabiq futbolçusu kuryoz hadisə ilə qarşılaşıb - İt cinsiyyət orqanını qapıb
"Qalatasaray" sağ cinah müdafiəçisi transfer etmək istəyir
İran prezidentindən xəbərdarlıq: "Tehranda su sarıdan ciddi problemlərlə üzləşəcəyik”
Şirkət rəhbəri məhkəmədə: "Fərhad Əhmədovdan 200 min dollar rüşvət almışdım..." - "Qərar vardı ki, onun bütün əmlaklarına həbs qoyulsun"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı