Şəhid anası Mehriban Əliyevadan kömək istədi - MƏTN
10-11-2023 [22:15]
Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayan Şəhid anası Lətafət Sədi qızı Qurbanova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Etikxeber.az-a daxil olan müraciətdə deyilir:
“Hörmətli Mehriban xanım!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Lətafət Sədi qızı Qurbanova Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayıram. Qazi bacısı və Şəhid anasıyam. Tək və subay övladım, MAXE-kəşfiyyatçı Fariz Məhəmməd oğlu Qurbanov İkinci Vətən Müharibəsi Şəhididir, özü də Azərbaycanın, Goranboyun, Qızılhacılının ilk Şəhidlərindəndir. Və bu, bir Şəhid anası kimi Sizə ünvanladığəm üçüncü müraciətimdir.
Bu dəfə bir Ana kimi Sizə birbaşa müraciət etmək qərarına gəldim. Çünki Siz də bir Anasınız, Azərbaycan qızısınız, nəinki Azərbaycanımızın, bütövlükdə dünyanın rəhm, mərhəmət və şəfqət simvolusunuz, Azərbaycanımızın Fəxrisiniz. Ona görə elə bilirəm və inanıram ki, məni ən çox Siz başa düşəcəksiniz.
Öncəki müraciətlərimdə də qeyd etdiyim kimi, mənim iki övladım-bir qızım və bir oğum olub. Oğlum Fariz Qurbanov bu Vətən yolunda canını qurban verib, fəda edib, Qələbə və Zəfər Dastanı yazan Azərbaycan övladlarından biri olub. Tək və subay oğumu Vətən yolunda Şəhid vermişəm. Allah heç bir bəndəsinə, heç bir valideynə, heç bir anaya övlad, bala, oğul acısı yaşatmasın. Mən yaşadım, biz yaşadıq, kimsə yaşamasın.
Balam Şəhid olan gündən bilmirəm Yerin altındayam yoxsa üstündəyəm. Hər günüm əzabla keçir. Övladımın Şəhidliyindən sonra yaxşı olmayan səhhətim, eləcə də yoldaşımın səhhəti çox pisləşib. İkimiz də şəkərdən, qan təzyiqindən əziyyət çəkirik. Dəfələrlə ölümlərdən dönmüşük, komaya düşmüşük. İkimiz də yaşlıyıq, güclə hərəkət edirik. Tək qızımız olmasa, Allah bilir bizim halımız, vəziyyətimiz necə olar. Qızım da təkdir, cavandır, bilmir bizə baxsın, bilmir kişi işinin dalınca yoxsa qadın işinin dalınca qaçsın…Bütün günü təkbaşına yollarda qalıb.
Biz qəsəbənin ən son nöqtəsində oluruq. Ora da gözdən, könüldən uzaqdır. Səhhətimiz pisləşəndə xəstəxanaya çatdırılmağımız yaxud da həkimlərin gəlməsi saatlar çəkir. Çünki qeyd etdiyim kimi qəsəbənin ən son nöqtəsində oluruq, bizdən sonra yaşayış demək yoxdur. Evlə, mənzillə bağlı müraciətlərimiz də bugünədək havadan asılı qalıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi sanki bizi Şəhid ailəsi saymır…”.
Müraciətdə sonra deyilir:
“Əzizimiz və dəyərlimiz Mehriban xanım!
Odur ki, Sizə müraciət etməklə, bir daha diqqətinizə iki vacib problemimizi və iki xahişimizi çatdırmaq istəyirəm. Birincisi, son üç ildə dəfələrlə söv verilməsinə, vəd olunmasına baxmayaraq, övladım hələ də ali ordenlərimizdən biri ilə təqdim olunmayıb. Hansı ki, dəfələrlə bizə bildirilib ki, oğlum ordenə təqdim olunub, hətta “Azərbaycan Bayrağı” ordeninə. Bu il çox ümid idik, gözləyirdik ki, Zəfər Günü ərəfəsində verilən Sərəncamda Farizimizin də adı olacaq. Ancaq çox təəssüf ki, olmadı. Yenə gözlərimiz yaşlı qaldı, övladımızın orden Haqqı tanınmadı. Ona görə bir Dərdli, Yaralı Şəhid anası kimi Sizdən övladımızın ali ordenlərimizdən biri ilə təltif olunması məsələsinə səlahiyyətləriniz daxilində dəstək verməyinizi, köməklik göstərməyinizi xahiş və rica edirəm. Çünki orden də balamın Haqqıdır.
Eyni zamanda, səhhətimizin, yaşayış durumumuzun nəzərə alınaraq, Samux rayonunda Şəhid və Qazi ailələri üçün inşa olunmuş binalardan birində mənzillə təmin olunmağımıza köməklik göstərməyinizi xahiş və rica edirəm. Bu məsələ ilə bağlı özüm də, qızım da dəfələrlə Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyində, Sosial Xidmətlər Agentliyində olmuşuq, rəsmi qəbullarda iştirak etmişik. Hətta, bu ilin qışında xalqımızın sevimli qızı mərhum Qənirə xanımın qəbulunda olmuşduq. Ona da, bizə də vəd olunmuşdu ki, Samuxda mənzillə təmin olunacağıq. Amma ortada yenə də heç bir müsbət nəticə yoxdur.
Axı, biz də Şəhid ailəsiyik, axı, mən də Şəhid anasıyam?! Mənzillə təmin olunmaq bizim də Haqqımız deyilmi? Cənab Prezident də 2025-ci ilə kimi bütün Şəhid ailələrinin evlə,mənzillə təmin olunacağını bilidirib və çoxları da artıq təmin edilib. Bəs biz niyə kənarda qalmalıyıq? Biz yaşlı, qoca, xəstə insanlarıq, vallah, bu gün varıq, sabah yoxuq. Bəs bizdən sonra tək qızımızın taleyi necə olacaq? Ona görə xahiş və rica edirəm ki, Samux rayonunda mənzillə təmin olunmağımıza yaxud da Goranboy rayonunun özündə və ya Naftalan şəhərində mənzillə təmin edilməyimizə köməklik göstərəsiniz.
Xahiş və rica edirəm ki, bu məsələni birbaşa öz nəzarətinizdə saxlayasınız, çünki artıq heç kimə, heç bir quruma inanımız qalmayıb. Yeganə ümidimiz Allahımız və Sizsiniz!
İnanıram və əminəm ki, bu müraciətim nəhayət, nəzərə alınacaq, öz müsbət həllini tapacaq, balamın həm Orden, həm də mənzil Haqqı tanınacaq, ruhu sevindiriləcək.
Öncədən də Sizə öz minnətdarlığımı bildirirəm! Allah Sizi, gözəl ailənizi, cənab Prezidentimizi, Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama
"Bu, tamamilə qəbuledilməzdir" - Britaniya səfirindən İranın Azərbaycana hücmuna etiraz gəldi
İran XİN-dən Azərbaycana hücuma reaksiya: "Bu insident barədə sizdən eşidirəm" - VDEO
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"