Şəkidə 15 yaşlı qız damarını doğradı

img

08-06-2014 [14:05]


Şəkidə 15 yaşlı qız intihara cəhd edib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, ötən gün gecə saat 23:45 radələrində Şəki şəhəri, Mikayl Müşviq küçəsi dalan 2 ev 21-də yaşayan 1999-cu il təvəllüdlü, Təhminə Ramiz qızı Həmidova sol bilək nahiyəsinin kəsilmiş və sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub. Araşdırma zamanı məlum olub ki, 15 yaşlı Təhminə Həmidova intihar etmək məqsədilə ülgüc vasitəsi ilə sol biləyini doğramaq istəyib. T. Həmidovaya ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 15 yaşlı qızın hansı səbəbdən intihar etmək istəməsi aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq.

Fakla bağlı Şəki rayon prokurorluğuda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA