“...UNESCO Yeliseyin xarici siyasət silahına çevrilib” - Zahid Oruc
06-11-2023 [10:32]
“Maddi-mədəni irsi qorumağa borclu olan UNESCO Yeliseyin xarici siyasət silahına çevrilib”.
Bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanda yox, Qarabağda maddi-mədəni irsi peyk görüntüsü ilə müəyyənləşdirən Fransa mədəniyyət naziri bəyan edir ki, ermənilərə məxsus 5200 obyekti müəyyənləşdiriblər: “Göründüyü kimi, Zəfərimizin Xankəndi zirvəsindən sonra xristian irsini qorumaq adı altında Azərbaycana xarici müdaxiləni beynəlxalq gündəmdə saxlamağa çalışırlar. Yeri gəlmişkən, nazir Annalena Berbok 3 gün əvvəl İrəvana səfərdə bəyan edib ki, Almaniya Ermənistanın təhlükəsizliyini təmin etməyə hazırdır. Təsəvvür edirsiniz, düz 105 il əvvəl də ingilis orduları İrəvana gəlmişdi. Nəticəsi sizə bəllidir. Tarix təkrar olunur. Bir vaxtlar vahid səngərdə erməni-rus-azərbaycanlı-faşizmə qarşı savaşanlar indi erməni-alman orduları ilə üzə-üzə qalacaqlar”.
Z.Oruc vurğulayıb ki, ən mühüm vəzifə təkcə elitanı deyil, hər bir azərbaycanlını böyük tarixi ideallara hazırlamaqdır: “Son 200 ildə ən azı 7 dəfə fərdi və milli sərvətlərimiz yağmalanıb. Lakin indi yaşadığımız regionda son 30 ildə azərbaycanlılar ermənilərdən iqtisadi baxımından daha varlı və nüfuzludur. Erməni diasporu ən zəngin kapitalla Rusiyada 1-ci, Argentinada 2-cidir. Fransa siyasi kapital hesab edilir. Lakin Azərbaycan dövləti heç zaman indiki qədər Ermənistandan güclü olmayıb”.
“ “Göyçə Qərbi Azərbaycanın Şuşasıdır”. Qarabağ konflikti İrəvandan başlandı, orada da bitəcək. Berlin divarının çökdüyü kimi Bakı və İrəvanın mədəni, mənəvi, iqtisadi, ticarət bağları bərpa olunacaq, beyinlərə çəkilən sədd aradan qalxacaq. O üzdən fikir adamlarımız Bakı və İrəvanı düşmən termin kimi işlətməsələr, siyasi mübarizəmizə daha böyük töhfə olar. Xankəndində məskunlaşmış erməni əhalinin geri qayıtması üçün Azərbaycan dövlətinin rəsmi müraciətini istəyən Nikol Paşinyan qərbi azərbaycanlıları İrəvana, Göyçəyə qayıtmağa çağırmağa hazırdırmı? Nəhayət, sonda dünya düzəni, daha doğrusu xaosu fonunda Azərbaycanın yaratdığı yeni regional geosiyasi reallıq sülhə daha çox zəmanət verir. Canlı yayımla izlənən Qəzza savaşına BMT, ATƏT, Avropa Birliyi, Avropa Parlamentinin seyrçi qalması, qərarsız toplantıları beynəlxalq təhlükəsizlik sisteminin iflasını göstərir. Tarixdə ilk dəfədir, Azərbaycan taleyini özü həll edir. Biz Göyçəyə Qarabağdan qayıdacağıq. İrəvana gedən yollar işğaldan azaddır”, STM sədri əlavə edib.
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib