ALMANİYA MƏTBUATI: "Nefti Azərbaycandan alırıq...” - Federal hökumət Ermənistanın, yoxsa Azərbaycanın tərəfindədir?
05-11-2023 [16:24]
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Bakıdakı mətbuat konfransında Almaniyanın xarici işlər naziri Annalena Berboka iradları, özü də konkret faktlara əsaslanan iradları, ürəyimcə oldu.
Təəssüf ki, Azərbaycanda hələ də elə düşünənlər var ki, Qərb diplomatları nə deyirlərsə, düz deyirlər. Belələrində natamamlıq kompleksi var. Nədənsə belə hesab edirlər ki, ingilis, fransız və ya almanın bir sözünü iki eləmək olmaz. Bu yanaşma bizim müxalifətdə xüsusi ilə qabarıq nəzərə çarpır. Tam yanlış təsəvvürdür.
Cənab Ceyhun Bayramovun alman həmkarına iradlarına diqqət edək:
1) Xanım nazir İrəvanda Qarabağı tərk etmiş ermənilər ilə görüşüb. Azərbaycanda isə sayı Qarabağdan köçən ermənilərdən 10 dəfə çox olan məcburi köçkünlərlə görüşməyi özünə rəva bilməyib.
2) Xanım nazir Azərbaycanın yer adlarını erməni variantında deyib. Təbii ki, bu, beynəlxalq qanunlara ziddir, həm də erməni separatizminə dolayısı ilə dəstəkdir.
3) Almaniyalı nazir deyir ki, İsrailin öz təhlükəsizliyini təmin etmək haqqı var, ancaq Qarabağ məsələsi başqadır. Yəni Azərbaycanın erməni separatçılarını tərk-silah etmək üçün keçirdiyi anti-terror əməliyyatına haqqı yox idi.
Gördüyünüz kimi, fundamental məsələlərdə almaniyalı nazir öz həddini aşıb. Hətta yalan danışıb. Məsələn, azərbaycanlı köçkünlərlə görüşmədiyi halda belə bir görüşün olduğunu bildirib.
Mətbuat konfransında mütləq soruşmaq lazım idi ki, Qərb, o cümlədən Almaniya Rusiyanın müdafiə etdiyi separatçılardan qorumaq üçün Ukraynaya hər cür dəstək verir. Almaniya hansı məntiqlə Ukraynada separatizmə qarşı koalisiyada yer alır, Azərbaycanda isə erməni separatizminə dəstək verir...
Ümumiyyətlə, Qərb ölkələrinin ikiüzlü siyasət yeritdiyini hər fürsətdə konkret faktlarla dilə gətirmək lazımdır. Bunlar elə zənn edirlər ki, gəlib Azərbaycana qarşı belə tərbiyəsiz davranış sərgiləyəcəklər, biz də eqoist tövr ilə danışanlara gözün üstə qaşın var deməyəcəyik. Deyəcəyik, özü də son dərəcə sərt şəkildə. Qərb 30 il ərzində ermənilərə dəstək verib. Azərbaycanın işğal olunmuş torpaqlarının ermənilərə qalması üçün danışıqların vaxtını məqsədli şəkildə uzadıb. O vaxt da erməni separatizmi ilə müttəfiq olublar, indi də ermənilərə dəstək vermək üçün min oyundan çıxırlar.
Bəs xanım nazirin Azərbaycana səfəri haqqında, burada üzləşdiyi qalmaqal barədə Almaniya mətbuatı nə yazır? Məsələn, Ceyhun Bayramovun Almaniyanın xarici işlər naziri Annalena Berboka iradlarından biri xanım nazirin Azərbaycanın yer adlarını erməni variantında səsləndirməsi ilə bağlı olub.
Bəs bu məsələ ilə bağlı Almaniya mətbuatı nə yazır?
“Tagesspiegel.de” saytında gedən “Baerbock in Armenien und Aserbaidschan: Gibt es eine Chance auf Frieden?” (Berbok Ermənistan və Azərbaycanda: Sülh şansı varmı?) adlı məqalədə bu məsələyə baxış belədir: “Sülh şansı varmı? Azərbaycanın paytaxtı Bakıda keçirilən mətbuat konfransı bunun nə qədər çətin ola biləcəyinin göstəricisidir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Berboka xəbərdarlıq edib ki, Dağlıq Qarabağdakı şəhərlərin adını deyərkən yerli erməni ləhcəsindən yox, bizim adlarından istifadə etsin. Berbok bununla razılaşmayıb. O, rəsmi yer adlarını qeyd etdiyini bildirib. "Ancaq orada doğulmuş insanlardan sitat gətirdiyim üçün hər iki yer adını onların daha yaxşı anlayacağı dilində açıqladım". O, hər yerdə belə edir. Əlbəttə, bu, dostluq mübadiləsi kimi səslənmir".
Adıçəkilən məqalədə o da vurğulanır ki, Rusiya-Ukrayna müharibəsinə görə Almaniya Moskvadan enerji ala bilmir. Ona görə də Almaniyanın Azərbaycana ehtiyacı var: “Berbok həmkarı Ararat Mirzoyan ilə birgə mətbuat konfransında bu ölkəni Almaniyanın “dəyərlər (Qərb dəyərləri, demokratiya..) üzrə tərəfdaşı” kimi təqdim etsə də, federal hökumət münaqişədə Ermənistanın tərəfində deyil. Mövqeyi müəyyən etmək federal hökumət üçün çətindir, çünki o, nefti Azərbaycanda hökumətdən alır. Ukraynaya hücumdan sonra Rusiya artıq enerji təchizatçısı olmadığı üçün federal hökumətin yeni tərəfdaşlara ehtiyacı var. Berbok Almaniyanın “Ermənistan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü” müdafiə etdiyini bildirib...".
Bir özünüz düşünün. Almaniyanın Azərbaycana bu qədər ehtiyacı var. Ancaq yenə də ermənilərə qahmar çıxmağa çalışırlar. İndi görün Azərbaycanın neft və qazı olmasaydı Almaniya özünü necə aparardı...
Elbəyi Həsənli,
Mia.az
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib