İSTANBULDA DAHA BİR NÜFUZLU MAFİYA ÇÖKDÜRÜLDÜ: "Rəis" və ətrafı tutuldu - FOTOLAR

img

02-11-2023 [12:05]


İstanbulda "Qəfəs" əməliyyatı çərçivəsində "baş qərargahı" Avstraliyada yerləşən və dünya miqyasında fəaliyyət göstərən mafiya üzvləri tutulublar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya məlumat paylaşıb.

O bildirib ki, beynəlxalq silahlı mütəşəkkil cinayət qrupu olan "Comanchero"nun Türkiyədəki qolu tamamilə çökdürülüb: "Avstraliyada yerləşən və qlobal miqyasda fəaliyyət göstərən "təşkilat"ın lideri, “Reis” kod adlı Hakan Ayıkın rəhbərlik etdiyi “Comanchero” adlı beynəlxalq silahlı mütəşəkkil cinayət təşkilatı İstanbulda keçirilən “Qəfəs” əməliyyatı ilə tamamilə çökdürüldü. Hakan Ayıkın və onunla bərabər 37 nəfər qandallanıb, cinayətkar təşkilatın üzvlərinə aid olan 4.5 milyardlıq əmlaka isə "əl qoylub".

Nazir yazıb ki, mərkəzi Avstraliyada olan və qlobal miqyasda fəaliyyət göstərən COMANCHERO adlı Transmilli Silahlı Mütəşəkkil Cinayət Təşkilatının lideri Mick HAVI 2018-ci ildə öldürülüb. Bundan sonra mafiya beynəlxalq aləmdə Mark Duqlas Buddlin rəhbərliyi altında fəaliyyətini davam etdirib:

"Bu mafiya Beynəlxalq narkotik ticarəti, qətl, silahlı talan, yandırma, adam oğurluğu, şirkli pulların yuyulması və sair cinayətlərlə məşğul olublar. Təşkilatın lideri Mark Duqlas Buddin 2022-ci ildə Şimali Kiprdə tutularaq Avstraliya səlahiyyətlilərinə təhvil verilib. Bundan sonra Cinayətkar təşkilatın rəhbərlərindən olan HAKAN AYIK (RƏİS ləqəbli) və Duax Hohepa Ngakuru təşkilatın idarəçiliyini ələ keçirərək cinayət əməllərini davam etdiriblər. Dəstə başçıları Türkiyə vətəndaş təşkilatlarının rəhbərləri və üzvləri, eləcə də xarici üzvləri ilə birlikdə ölkəmizə gələrək cinayət əməllərini davam etdirir və Cənubi Amerikadan əldə etdikləri narkotikləri Avstraliya, Hollandiya və Honq Konqa çatdırmaqla məşğul olublar".

Nazir həbs olunanlara rasında ABŞ və Avstraliya tərəfindən də qırmız xətlə axtarışda olan Hakan ayıkla yanaşı, beynəlxalq axtarışda olan Duax Hohepa Ngakuru, HAKAN ARİF TAVUKÇU, BARIŞ TÜKEL, ERKAN YUSUF DOĞAN, JIMMY AVAIJAN, SİBEL ARİF və digər tanınan mafiyza üzvlərinin də saxlanıldıını qeyd edib: "Əməliyyatı koordinasiya edən İstanbul Baş Prokurorluğumuzu, Ədliyyəmizi, MASAK, Təhlükəsizlik Baş Müdirliyimiz, Narkotik Cinayətlərlə Mübarizə Müdirliyimizi, İstanbul Polis İdarəmizi, Narkotik Cinayətlərlə Mübarizə Şöbəmizi təbrik edirəm. Allah ayağınıza daş dəyməsin. Millətimizin duaları sizinlədir. Biz mütəşəkkil cinayətkar qrupları və zəhər satıcılarını əsla rahat buraxmayacağıq...".

Tahir Şəlvəli

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR