"Seltik" bu tərəfdarların biletlərini ləğv edib: "Biz bir daha cəzalandırılmaq istəmirik"

img

01-11-2023 [09:16]


"Seltik" Fələstini dəstəkləyən tərəfdarların biletlərini ləğv edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Məlumata görə, Çempionlar Liqasında "Atletiko Madrid"lə oyunda stadionda Fələstinə dəstək naminə onun bayraqlarını dalğalandıran azarkeşlərə bundan sonra bilet satılmayacaq: "Biz bir daha bu cür siyasi məsələlərə görə UEFA tərəfindən cəzalandırılmaq istəmirik".

Xatırladaq ki, azarkeşlərin bu cür hərkətinə görə klub əvvəllər iki dəfə UEFA tərəfindən cərimlənib.

Klub bu səbəbdən növbəti dəfəə cəzalandırılmaqdan ehtiyat etdiyini etiraf edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA