Futbolçunun dodaqlarından öpən prezidentə daha bir cəza verilib

img

30-10-2023 [16:40]


Futbolçunun dodaqlarından öpən federasiya prezidentinə daha bir cəza verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, FİFA qadınlar arasında keçirilən dünya kuboku mərasimində ispaniyalı Cenni Hermosonun dodaqlarından öpən İspaniya Futbol Federasiyasının sabiq prezidenti Luis Rubialesə 3 il müddətinə futbolda vəzifə tutmağı qadağası qoyub.

Xatırladaq ki, Luis Rubialesin canlı yayımda qadın futbolçusunun dodaqlarından öpməsi böyük əks-səda doğurmuşdu.

Bundan sonra o, istefa verib. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA