Qarabağ Regional Sukanal İdarəsi yaradılıb, yeni təyinat olub - "Azərsu" ASC-də növbəti dəyişiklik 

img

25-10-2023 [09:08]


Prezident İlham Əliyevun fərmanı ilə 30 mart 2023-cü ildə ləğv olunaraq yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilən "Azərsu" ASC-də daha bir dəyişiklik həyata keçirilib.

Mia.az xəbər verir ki, müvafiq əmrlə qurumun tabeliyində Qarabağ Regional Sukanal İdarəsi yaradılıb.

Məlumata görə, "Azərsu" ASC-nin sədr əvəzi Köçərli Həsənovun əmri ASC-də çalışan Müşfiq adlı əslən Qazax rayonundan olan şöbə müdirinin müavini həmin idarəyə rəis təyin olunub.

Mia.az-ı məlumatlandıran mənbə deyib ki, ilin sonuna kimi "Azərsu"da Prezident fərmanından irəli gələn çox böyük dəyişikliklər olacaq: "Artıq buna həm ASC-nin aparatında, həm də regional idarələrdə hazırlıq gedir...".

Mövzuya qayıdacağıq

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR