İsrail ordusu daha 50 fələstinlini qandallayıb

img

24-10-2023 [11:57]


İsrail işğal altındakı İordan çayının qərb sahilində növbəti həbs əməliyyatları keçiriib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhkumlar Dərnəyindən yazılı açıqlama yayıb.

Bildirilib ki, İsrailin blokada altındakı Qəzza zolağına hücumlara başladığı 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində fələstinlilərə qarşı həbs əməliyyatlaırnı davam etdirir: "İsrail qüvvələri ötən gecə saatlarından etibarən Şərqi Qüds və İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 50-dən çox fələstinlini saxlayıb. Bununla da oktyabrın 7-dən bu yana İordan çayının qərb sahilində saxlanılanların sayı 1265-ə çatıb".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR