“Topaz” daha iki nəfəri bədbəxt elədi: biri həbsə getdi, digəri isə evsiz qaldı...
24-10-2023 [10:19]
Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Valeri Qarayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, 1986-cı il təvəllüdlü Valeri Qarayev tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi 1 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək olan müddət ərzində Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən yerləşən evdə sosial şəbəkədə tanış olub xəstəliyinə görə qulluq etdiyi zərərçəkmiş, 1950-ci il təvəllüdlü Larisa Həsənovanın (şərti) 40 000 manat pulunu evin yataq otağındakı dolabdan hissə-hissə oğurlayıb.
Məhkəmədə Valeri Qarayev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Larisa Həsənova ilə 2019-cu ilin sonlarında sosial şəbəkədə tanış olub, onla qadının Yasamaldakı evində ər-arvad kimi yaşamağa başlayıb. Daha sonra o, qadının Bakıdakı evini satıb, Xırdalana köçüblər. Larisə Valeriyə kreditə “Toyuta Prius” markalı avtomobil alıb. Sonra təqsirləndirilən şəxs maşının kreditini ödəyə bilməyib. Qadın 2021-ci ilin sentyabr ayında insult keçirib və yataq xəstəsi olaraq yeriyə bilməyib və Valeri də ona baxmağa başlayıb.
Valeri Qarayevin sözlərinə görə, 2022-ci ilin yayında Larisa ilə qərara gəliblər ki, həmin evi satıb bir az ucuz qiymətə ev və bir maşın da alsınlar. Onlar həmin evi 40 000 manata satıblar, qadın da evin pulunu yataq otağında yatdığı çarpayının yanında olan dolabda saxlayıb. Daha sonra Valeri həmin pulları hissə-hissə oğurlayaraq, “Topaz”da uduzub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub