Zorlama maddəsi ilə tutulanlara daha bir qadağa tətbiq olunur

img

23-10-2023 [10:45]


Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Mia.az xəbər verir ki, bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanunun 27.2.5-ci maddəsinə “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə olunur. Təklif olunan dəyişiklikdən sonra isə cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Qanunun hazırkı bəndində isə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA