"Qalatasaray"ın hücumçusu "Milan"a gedir? - İddia

img

23-10-2023 [09:20]


"Qalatasaray"ın və Türkiyə milli komandasının gənc hücumçusu İtaliyaya oynaya bilər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliyanın köklü komandalarından olan "Milan" "Qalatasaray"ın futbolçusu Barış Alper Yılmazı qış transfer dönəmində transfer etmək üçün indidən hərəkətə keçib.

İtaliya mətbuatı yazır ki, Türkiyə millisinin Xorvatiya ilə oyununda performansı ilə diqqət çəkən "Qalatasaray"ın gənc ulduzu Barış Alper Yılmaz bu oyundan sonra "Milan"ın "radarı"na düşüb: "Artıq "Milan" klubunun menecerləri "Qalatarasay"la qeyri-rəsmi əlaqə quraraq belə bir niyyətlərinin olduğunu deyiblər. Güman ki, yanvar ayında transfer məsələsi rəsmiləşəcək".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA