Gəlinini güllələyən “Şöhrət” ordenli məşhur şəxs xəstəxanada öldü - FOTO

img

20-10-2023 [14:38]


Bakıda bir neçə gün əvvəl gəlinini güllələyib öldürdükdən sonra intihara cəhd edən şəxs xəstəxanada ölüb.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, vətəndaş 1935-ci il təvəllüdlü Yaşar Dadaşov dərman zəhərlənməsi diaqnozu ilə Toksikologiya şöbəsinə gətirilib.

Qeyd olunub ki, mərkəzə daxil olarkən o, koma vəziyyətində olub: “Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, bu gün dünyasını dəyişib”.

Xatırladaq ki, Yaşar Dadaşov məşhur dənizçi olub. O, 2003-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.

***

Oktyabrın 19-da saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızının ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Mia.az-a bildirilib ki, cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu şübhəli bilinir.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA