Bakıda "12-ci İmam Mehdi"yə hökm oxundu - 12 il 6 ay həbs
18-10-2023 [15:05]
Özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevə hökm oxunub.
Mia.az Report-a istinadla xəbər verir ki, hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən A.Babayev 12 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, ötən prosesdə prokuror A.Babayevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
O, zərərçəkmişlərə 2 milyon 500 min manat miqdarında ümumilikdə ziyan vurub.
İttihama görə, A.Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib.
Təşkil etdiyi dini məclislərdə A.Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib.
Bu yollarla insanları təsiri altına salan A.Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.
Hətta A.Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. Topladığı vəsaitlər hesabına A.Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
A.Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, A.Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Cəbrayılda mağazada alkoqollu içkilər satılır
İlham Əliyev şirkət rəsmilərini qəbul edib - Nələr müzakirə olunub?
KÜRDƏMİRƏ YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU: o, kimdir? - Sərəncam
Azərbaycanın görkəmli aşıqlarının adları UNESCO-nun yubileylər proqramına daxil edilib
İcra Hakimiyətinin rəsmi saytında bu şəxsin iş nömrəsi niyə göstərilmir? - FOTOFAKT
İstanbulda turistlərə fırıldaq, yoxsa kəskin bahalaşma? - İngilis turist üsyan edir
Sabah hava necə olacaq? - Proqnoz
Yeni Regional Mədəniyyət İdarələri yaradıldı - Fərman
Polad Bülbüloğlu: "Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil"
Xalq artisti Mənsum İbrahimov Gəncədəki konsertini təxirə saldı: "Türkiyənin şəhidi bizim şəhidimizdir"
75 yaşlı kişi içkidən ölüb - Xırdalanda
SOCAR yeni müəssisə yaradıb
İstanbulda həbs olunan bələdiyyə sədri azadlığa buraxıldı: "Ürəyimin yarısı içəridə qaldı"
XİN açıqlama yayıb
Qəzada şəhid olan pilotla bağlı ürəkdağlayan məqam... - 4 ay sonra ata olacaqdı (FOTO)
Mourinyo klubda narazılıq yaradıb - 6 yeni oyunçu tələb edir
Zakir Həsənov Bosniya və Herseqovinada - FOTO
Azərbaycan nefti 2.7 dollar bahalaşdı
Kəmaləddin Heydərov razılıq verdi - Deputatın şirkəti ilə 1 milyonluq sövdələşmə olub
"Fənərbağça"da nə baş verir? - Bir gündə İH-in üç üzvü istefa verib
Mehriban Əliyeva bu fotonu paylaşdı
Elçin Şıxlı: "Hacı müəllim, sözümü tutmağa çalışdım"
NATO-nun Baş Katibi Tükiyəyə başsağlığı verdi
4 NAZİRLİKLƏ BAĞLI İSLAHAT ÇAĞIRIŞI: KTN, ETN, ƏƏSMN... - Qeyri-ixtisas sahiblərinin idarə etdiyi sahələrlə bağlı maraqlı faktlar açıqlanıb
Yamaykada Melissa qasırğası: 45 nəfər ölüb, 15 nəfər itkin düşüb
"Gəlmir, cəhənnəmə gəlsin" - Təranə Qumral
Qətər Əmiri Türkiyəyə başsağlığı verib: "Hər cür dəstəyə hazırıq"
Bu gün Azərbaycanda Konstitusiya Gündür
Baş məşqçi Nigeriyada yoxa çıxan Osimheni lağa qoyub
"C130" şəhid olan 20 hərbçi: onlar kimdir? - FOTO
Kriştiano Ronaldo karyerasına nə vaxt son verəcək? - Özü açıqladı
Osimhen Nigeriyada yoxa çıxıb - "Qalatasaray" klubu axtarır, Afrika ölkəsi cavab vermir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Pakistanda terror... - Rəsmi Bakı başsağlığı verdi
Azərbaycandan gedən Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı, şəhidlər var - İlham Əliyev Ərdoğana başsağlığı verdi (Yenilənib)
NAZİRLİK DÖVLƏT BAYRAĞI BARƏDƏ QALMAQALLI PAYLAŞIMA AYDINLIQ GƏTİRDİ - Açıqlama + FOTO (Yenilənib)
Cevdet Yılmazla Əli Əsədov arasında telefon danışığı olub
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb - Qəza ilə bağlı
Prezident tapşırıq verdi - Əli Əsədov İrakli Kobaxidzeyə zəng etdi